Marşrut xətti № 39: Avtobus əks yola çıxıb
Salam. Sizi narahat edən Bakı sakini A.Məmmədlidir. BNA-nın yüksək xidmətini dəyərləndirirəm. Dövlətimizin və Sizin yol sistemində uğurlu nəticənizə qiymət verirəm. Ötən ayların birində Binə qəsəbəsində məlum hadisə hamıya bəllidir. Lakin buna baxmayaraq, hələ də yollarda və sərnişin daşımalarında sürücülər insanların həyatı ilə oynayır. Səhər saatlarında Şərifzadə küçəsi ilə Mətbuat prospektinin kəsişməsində sıxlıq var idi. 39 nömrəli 10-TG-078 dövlət qeydiyyat nişanlı avtobus əks yola çıxaraq hamı üçün təhlükə yaratdı və mən etirazımı bildirdim. Sürücü kobud şəkildə cavab verdi. Sizə həmin avtobusun rəsmini göndərdim. Bir vətəndaş kimi çox xahiş edirəm, bu məsələ məni narahat etdi. Bu məsələ ilə bağlı ciddi tədbir görməyinizi Sizdən xahiş edirem. Diqqətinizə görə təşəkkür edirəm.
Status

Bakı Nəqliyyat Agentliyinə daşıyıcı şirkət tərəfindən izahat daxil olub. İzahatda bildirilir ki, 39 nömrəli marşrut xətti üzrə dövlət qeydiyyat nişanı 10-TG-078 olan avtobusun sürücüsü Seyidov Aydın Nəbi oğluna yol hərəkəti qaydalarını pozduğuna görə töhmət verilib.