Marşrut xətti № 163: Sərnişinlərlə dolu avtobus yanacaqdoldurma məntəqəsinə daxil olub
Şikayətim 163 nömrəli marşrutla bağlıdır. Çox gec-gec gəlirlər, çox bərk sürürlər. Sərnişinlə yanacaqdoldurma məntəqəsinə girirlər. Niyə gec gəlirsiniz deyəndə də deyirlər ki xoşuna gəlmir düş, taksi ilə get. Xahiş edirəm, tədbir görülsün. Öncədən təşəkkür edirəm!
Status

Bakı Nəqliyyat Agentliyinə daşıyıcı şirkət tərəfindən izahat daxil olub. İzahatda bildirilir ki, 22.10.2018-ci il tarixində 22.40 radələrində 90-SR-660 dövlət qeydiyyat nişanlı 163 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusun sürücüsü Abdullayev Oqtay Hidayət oğluna sərnişinlərlə dolu avtobusla yanacaqdoldurma məntəqəsinə daxil olduğuna görə axırıncı dəfə daşıyıcı şirkət tərəfindən xəbərdarlıq edilib.