Marşrut xətti № 105: Avtobus qapısı açıq hərəkət edir
Zabrat yolunda hərəkət edən avtobusun təhlükəli şəkildə sərnişin daşıması ilə bağlı yayılan görüntülər yanvarın 14-də qeydə alınıb. Balaxanı istiqamətində hərəkət edən 105 saylı xətt üzrə fəaliyyət göstərən 99-XO-136 qeydiyyat nişanlı avtobusun sürücüsü qapıları açıq vəziyyətdə sərnişin daşıyıb. Avtobus hərəkətdə olan zaman qapılar açıq olduğu üçün sərnişinlər avtobusdan sallaşaraq gediblər.

Status
Bakı Nəqliyyat Agentliyinə daşıyıcı şirkət tərəfindən izahat daxil olub. İzahatda bildirilir ki, 105 nömrəli marşrut xətti üzrə fəaliyyət göstərən 99-XO-136 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Bayramov Aslan Kamal oğluna qapısı açıq vəziyyətdə avtobusu idarə etdiyinə görə töhmət verilib.