Marşrut xətti № 206: Avtobus yanacaqdoldurma məntəqəsinə daxil olur
Bir Lökbatan sakini kimi Sizdən çox xahiş edirəm ki, buna son verəsiniz. Mən bir dəfə işçilərə irad bildirdim ki, niyə sərnişinlərlə dolu avtobusa yanacaq vurursunuz. Dedilər ki, müdriyyət icazə verib. 206 nömrəli avtobus həmişə günün istənilən saatında burada yanacaq doldurur, həmçinin digər avtobuslar da. Bu sürücü haqqında müvafiq ölçü götürülməlidir. Sürət həddini də gördünüz. Agentliyə inamım sonsuzdur. Ancaq icraat görmədikdə bir vətəndaş kimi insan ümidsizliyə qapılır.

Status

Bakı Nəqliyyat Agentliyinə daşıyıcı şirkət tərəfindən izahat daxil olub. İzahatda bildirilir ki, 206 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusun sürücüsü Babayev İlqar Əsəd oğluna bir daha belə bir halın baş verdiyi təqdirdə haqqında ciddi tədbir görüləcəyi ilə bağlı xəbərdarlıq edilib.