“BakuBus” MMC-yə məxsus avtobuslarda iyul ayında tapılan sənəd və əşyalar

04.08.2021

“BakuBus” MMC-yə məxsus  avtobuslarda sərnişinlər tərəfindən unudulan (itirilən) 6 ədəd çanta, 2 ədəd mobil telefon, 1 ədəd sənədqabı və 1 ədəd eynək iyul ayıərzində sahiblərinə təhvil verilib. 

Eyni zamanda, iyul ayında avtobuslarda tapılan 1 nəfərə məxsus şəxsiyyət  vəsiqəsi, 1 nəfərə məxsus Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi və 1 nəfərə məxsus iş vəsiqəsi sahiblərinə çatdırılmaq üçün “Poçtap” xidmətinə təqdim  olunub.

Həmçinin, 6 ədəd pulqabı, 3 ədəd qovluq, 2 ədəd müxtəlif kart, 1 ədəd zərf və 1 ədəd qulaqcıq Bakı Şəhər Baş Polis İdarəsinə təhvil verilib. 

Sahibləri məlum olmayan, içərisində əsasən geyim olan çantalar və digər əşyalar isə “BakuBus” MMC-də saxlanılır. Vətəndaşlar şəxsiyyəti təsdiq edən  sənədi təqdim etməklə, özlərinə məxsus əşyaları 3 ay müddətində “BakuBus”MMC-dən təhvil ala bilərlər. 

Qeyd edək ki, sərnişinlər avtobuslarda unutduqları (itirdikləri) sənəd və əşyaların “BakuBus” MMC-yə daxil olub-olmaması barədə www.alo141.az saytından məlumat əldə edə bilərlər. “BakuBus” MMC-yə məxsus avtobuslarda tapılan sənədlərlə əşyaların şəkilləri və müvafiq məlumatlar saytda “İtirilən  və tapılan əşyalar” bölməsində yerləşdirilir. 

Onu da qeyd edək ki, “BakuBus” MMC avtobuslarda sərnişinlər tərəfindən  unudulan (itirilən) sənəd və əşyalara görə məsuliyyət daşımır.