“BakuBus” MMC-yə məxsus avtobuslarda mart ayında tapılan sənəd və əşyalar

09.04.2021

 

“BakuBus” MMC-yə məxsus avtobuslarda sərnişinlər tərəfindən unudulan (itirilən) 8 ədəd çanta, 1 ədəd pulqabı, 1 ədəd sənədqabı və 1 ədəd qovluq mart ayı  ərzində sahiblərinə təhvil verilib. 

Eyni zamanda, mart ayında avtobuslarda tapılan 2 nəfərə məxsus şəxsiyyət  vəsiqəsi və 1 nəfərə məxsus iş vəsiqəsi sahiblərinə çatdırılmaq üçün “Poçtap”xidmətinə təqdim olunub.

Həmçinin, 6 ədəd müxtəlif kart, 2 ədəd açar, 1 ədəd çanta, 1 ədəd pulqabı  və 1 ədəd sənədqabı Bakı Şəhər Baş Polis İdarəsinə təhvil verilib. 

Sahibləri məlum olmayan, içərisində əsasən geyim olan çantalar və digər əşyalar isə “BakuBus” MMC-də saxlanılır. Vətəndaşlar şəxsiyyəti təsdiq edən  sənədi təqdim etməklə, özlərinə məxsus əşyaları 3 ay müddətində “BakuBus”MMC-dən təhvil ala bilərlər. 

Qeyd edək ki, sərnişinlər avtobuslarda unutduqları (itirdikləri) sənəd və əşyaların “BakuBus” MMC-yə daxil olub-olmaması barədə www.alo141.az saytından məlumat əldə edə bilərlər. “BakuBus” MMC-yə məxsus avtobuslarda  tapılan sənədlərlə əşyaların şəkilləri və müvafiq məlumatlar saytda “İtirilən  və tapılan əşyalar” bölməsində yerləşdirilir. 

Onu da qeyd edək ki, “BakuBus” MMC avtobuslarda sərnişinlər tərəfindən  unudulan (itirilən) sənəd və əşyalara görə məsuliyyət daşımır.