“BakuBus” MMC-yə məxsus avtobuslarda mart ayında tapılan sənəd və əşyalar

13.04.2020
“BakuBus” MMC-yə məxsus avtobuslarda sərnişinlər tərəfindən unudulan (itirilən) 7 ədəd çanta, 2 ədəd pulqabı və 1 ədəd mobil telefon mart ayı ərzində sahiblərinə təhvil verilib.
Eyni zamanda, mart ayında avtobuslarda tapılan 2 nəfərə məxsus şəxsiyyət vəsiqəsivə 1 nəfərə məxsus iş kartı sahiblərinə çatdırılması üçün “Poçtap” xidmətinə təqdim olunub.
Həmçinin, 6 ədəd müxtəlif kart, 2 ədəd mobil telefon və 1 ədəd pulqabı Bakı Şəhər Baş Polis İdarəsinə təhvil verilib.
Sahibləri məlum olmayan, içərisində əsasən geyim olan çantalar və digər əşyalar isə “BakuBus” MMC-də saxlanılır. Vətəndaşlar şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə, özlərinə məxsus əşyaları 3 ay müddətində “BakuBus” MMC-dən təhvil ala bilərlər.
Qeyd edək ki, sərnişinlər avtobuslarda unutduqları (itirdikləri) sənəd və əşyaların “BakuBus” MMC-yə daxil olub-olması barədə www.alo141.az saytından məlumat əldə edə bilərlər. “BakuBus” MMC-yə məxsus avtobuslarda tapılan sənədlərlə əşyaların şəkilləri və müvafiq məlumatlar saytda “İtirilən və tapılan əşyalar” bölməsində yerləşdirilir.
Onu da qeyd edək ki, “BakuBus” MMC avtobuslarda sərnişinlər tərəfindən unudulan (itirilən) sənəd və əşyalara görə məsuliyyət daşımır.