“BakuBus” MMC-yə məxsus avtobuslarda iyul ayı ərzində tapılan sənəd və əşyalar

19.08.2019
İyul ayı ərzində “BakuBus” MMC-yə məxsus avtobuslarda sərnişinlər tərəfindən unudulan (itirilən) 6 ədəd pulqabı, 6 ədəd çanta, 4 ədəd mobil telefon və 1 nəfərə məxsus şəxsiyyət vəsiqəsi sahiblərinə təhvil verilib. 

Eyni zamanda, sahiblərinə çatdırılması üçün 7 nəfərə məxsus şəxsiyyət vəsiqəsi, 3 nəfərə məxsus iş vəsiqəsi, 1 nəfərə məxsus sürücülük vəsiqəsi, 1 nəfərə məxsus tələbə bileti, 1 nəfərə məxsus sertifikat və 1 nəfərə aid ölüm haqqında şəhadətnamə “Poçtap” xidmətinə təqdim olunub. 

Həmçinin, 8 ədəd müxtəlif kart, 5 ədəd pulqabı, 4 ədəd sırğa, 4 ədəd açar, 2 ədəd mobil telefon, 1 ədəd çanta, 1 ədəd qırıq vəziyyətdə olan bijuteriya əşya, telefon üçün 1 ədəd xarici nömrə, 1 ədəd eynək və 1 ədəd çətir Bakı Şəhər Baş Polis İdarəsinə təhvil verilib. 

Sahibləri məlum olmayan, içərisində əsasən geyim olan çantalar və digər əşyalar “BakuBus” MMC-də saxlanılır. Vətəndaşlar şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə, özlərinə məxsus əşyaları 3 ay müddətində “BakuBus” MMC-dən təhvil ala bilərlər. 

Qeyd edək ki, sərnişinlər avtobuslarda unutduqları (itirdikləri) sənəd və əşyaların “BakuBus” MMC-yə daxil olub-olması barədə www.alo141.az saytından məlumat əldə edə bilərlər. “BakuBus” MMC-yə məxsus avtobuslarda tapılan sənədlərlə əşyaların şəkilləri və müvafiq məlumatlar saytda “İtirilən və tapılan əşyalar” bölməsində yerləşdirilir. 

Onu da qeyd edək ki, “BakuBus” MMC avtobuslarda sərnişinlər tərəfindən unudulan (itirilən) sənəd və əşyalara görə məsuliyyət daşımır.