“BakuBus” avtobuslarında apreldə tapılan sənəd və əşyalar

11.05.2019

Aprel ayında “BakuBus” MMC-yə məxsus avtobuslarda sərnişinlər tərəfindən unudulan (itirilən) 11 ədəd çanta, 4 ədəd pulqabı, 3 ədəd qovluq, 1 ədəd mobil telefon, 1 ədəd skripka, 1 ədəd qeyd dəftəri, 1 ədəd çətir, 1 nəfərə məxsus şəxsiyyət vəsiqəsi tapılıb və sahiblərinə təhvil verilib. 

Eyni zamanda, sahiblərinə çatdırılması üçün 4 ədəd vergi bəyannaməsinin surəti, 3 nəfərə məxsus şəxsiyyət vəsiqəsi, 1 nəfərə məxsus buraxılış vərəqəsi və 1 nəfərə məxsus Hesab kartı “Poçtap” xidmətinə təqdim olunub. Həmçinin, 6 ədəd çanta, 5 ədəd müxtəlif kart, 4 ədəd pulqabı, 3 ədəd açar, 2 ədəd mobil telefon, 2 ədəd çətir və 2 ədəd eynək Bakı Şəhər Baş Polis İdarəsinə təhvil verilib.

Sahibləri məlum olmayan, içərisində əsasən geyim olan çantalar və digər əşyalar “BakuBus” MMC-də saxlanılır. Vətəndaşlar şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə, özlərinə məxsus əşyaları “BakuBus” MMC-dən təhvil ala bilərlər. 

Qeyd edək ki, sərnişinlər avtobuslarda unutduqları (itirdikləri) sənəd və əşyaların “BakuBus” MMC-yə daxil olub-olmaması barədə www.alo141.az saytından məlumat əldə edə bilərlər. “BakuBus” MMC-yə məxsus avtobuslarda tapılan sənədlərlə əşyaların şəkilləri və müvafiq məlumatlar saytda “İtirilən və tapılan əşyalar” bölməsində yerləşdirilir. 

Onu da qeyd edək ki, “BakuBus” MMC avtobuslarda sərnişinlər tərəfindən unudulan (itirilən) sənəd və əşyalara görə məsuliyyət daşımır.