Sürücülərin nəzərinə!

22.04.2018
Dumanlı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospektinin bəzi hissəsində (Sabunçu körpüsündən Əmircan qəsəbəsinə və Bilgəhdən Mərdəkan qəsəbəsinədək) sürət həddi bütün zolaqlar üzrə 20 km/saat endirilib. 
Məlumat üçün qeyd edək ki, hazırda paytaxtın Heydər Əliyev prospekti ("Koroğlu" metrostansiyasından hava limanı istiqamətində), Ziya Bünyadov prospekti ("Koroğlu" metrostansiyası istiqamətində) Sabunçu-Zabrat yolunda, Bakıxanov, Qaraçuxur qəsəbələrində, Nizami rayonun müəyyən hissəsində duman müşahidə edilir. Sürücülərə diqqətli olmalarını tövsiyə edirik.